satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq

Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq

Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Naxçıvan televiziyası-ın məlumatına görə, qadınlardan ibarət yığma II turun ilk matçında Rumıniya kollektivi ilə üz-üzə gələcək.

Rumıniyadakı qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) məğlub olub.

Kişilər isə II turun ilk görüşündə Belçikanın qonağı olacaq. Matç saat 19:30-da başlayacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi milli Bakıda təşkil olunan I turda Rumıniya və Ukraynaya eyni hesabla yenilib - 0:3.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM