satellite   Azerspace-1: 11135 H 30000

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Naxçıvan televiziyası assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının görüşü mayın 31-də, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM