satellite   Azerspace-1: 11135 H 30000

“Beşiktaş” rəsmisi Valeri Karpinlə bağlı xəbəri təkzib edib

“Beşiktaş” rəsmisi Valeri Karpinlə bağlı xəbəri təkzib edib

“Beşiktaş”ın futbol departamentinin rəhbərinin köməkçisi Emra Bayraktar klubun Valeri Karpinə maraq göstərməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

Naxçıvan televiziyası xəbər verir ki, o, Rusiya millisinin və "Rostov" klubunun baş məşqçisi ilə maraqlanmadıqlarını bildirib.

“Klubun prezidenti və İdarə Heyətinin üzvləri “Beşiktaş”a yeni baş məşqçi tapmaq üçün çalışırlar. Valeri Karpinə gəlincə, onun barəsində ilk dəfə eşidirəm. O, namizədlərin qısa siyahısında yoxdur”, - E.Bayraktar vurğulayıb.

Qeyd edək ki, "Beşiktaş" aprelin 13-də portuqaliyalı mütəxəssis Fernandu Santuş ilə yollarını ayırıb. Komandanı mövsümün sonunadək Sərdar Topraktəpə çalışdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM