satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM