satellite   Azerspace-1: 11135 H 30000

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb - FOTOLAR

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb<font color=red> - FOTOLAR</font> "Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb<font color=red> - FOTOLAR</font> "Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb<font color=red> - FOTOLAR</font>

Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən “Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə açıq keçirilib.

61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və liqasının inkişafına kömək etmək istədiyini bildirib: "Burada 30 minə yaxın azarkeş var. Bu, o deməkdir ki, mən işimdə olduqca məsuliyyətli olmalıyam. Artıq özümü "Fənərbağça" ailəsinə aid hiss edirəm. Əsas məqsədim klubu inkişaf etdirməkdir. Bu andan etibarən sizin xəyallarınız mənim xəyallarımdır".

Qeyd edək ki, Joze Mourinyonun son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM