satellite   Azerspace-1: 11135 H 30000

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

"Çox maraqlı mövsümü başa vurduq. Ölkə kubokunun finalı da möhtəşəm alındı".

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılarında istəkli komandanın olduğunu bildirib: "Zirə"ni bütün mövsüm ərzindəki performansına görə təbrik edirik. Futbolçularıma gəlincə, onlarla qürur duyuram. Uğur qazandığın zaman arxayınlıq olur. Lakin çalışacağıq bunun qarşısını alaq".

Onun sözlərinə görə, "Zirə"nin büdcəsi "Qarabağ"la eyni səviyyədə olmasa da, rəqib böyük işlər görüb: "Həqiqətən yaxşı mövsüm keçirdilər. Düşünürəm ki, bu cür büdcə ilə mübarizə aparmaqları bir növ bizə qalib gəldiklərini göstərir".

Qurban Qurbanov bu gün karyerasını başa vuran Maksim Medvedevin gələcəyi ilə bağlı qarşıdakı günlərdə qərar verəcəyini vurğulayıb: "Maksimin Azərbaycan futboluna böyük xidmətləri olub. Onunla bu barədə danışmışdıq. Ona gələcək karyerasında uğurlar arzulayıram".

53 yaşlı çalışdırıcı sabiq futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıtmaq ehtimalından danışıb: "Məncə, o da bura geri dönmək istəyər. Əlbəttə, bunu biz də istəyirik".

Q. Qurbanov Aleksey İsayev və Nəriman Axundzadənin oyunundan razı qaldığını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM