satellite   Azerspace-1: 11135 H 30000

Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq

Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə bu gün yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, sonuncu oyun günündə 1/4 final, yarımfinal və final görüşləri keçiriləcək.

1/4 finalda Azərbaycan millisi A qrupunda İspaniyanın "Barselona Panters" klubu ilə üz-üzə gələcək. Bu raundun digər qarşılaşmasında Polşanın "Varşava Lotto" kollektivi İtaliya seçməsini sınağa çəkəcək.

Bu cütlərin qalibləri yarımfinalda müvafiq olaraq, Portuqaliya və Polşa yığmalarına rəqib olacaqlar.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Fleyms" qrupda keçiridiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM