satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il iyun ayına olan reytinq cədvəlini açıqlayıb.

GİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildiriblər ki, siyahıya 675 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası liderlik edir. Bədii gimnast Zöhrə Ağamirova 495 xalla ikinci, 450 xal toplayan cüdoçu Hidayət Heydərov isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM