satellite   Azerspace-1: 11135 H 30000

Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq

Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq

“Onu deyə bilərəm ki, futbolun inkişafı üçün işlər görüləcək və baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, iclasda Azərbaycan millisinin baş məşqçi məsələsi də müzakirə olunub: “Ümumi müzakirələr apardıq. Konkret qərarlar barədə nəsə deyə bilmərəm. Çünki hələ yeni kollektivik. İclasdan sonra daha ətraflı məlumat veriləcək”.

Mütəxəssis bu mövsüm Premyer Liqanı tərk etmiş “Qəbələ” klubuna müvafiq yardımın ayrılması barədə də danışıb: “Komandaya maliyyə baxımından köməklik olunacaq. Klubun infrastrukturunu qoruyub saxlamaq üçün də addımlar atılacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM