satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

UEFA-nın texniki müşahidəçilərindən ibarət qrupu 2023-2024-cü illər mövsümü üçün Çempionlar Liqasının simvolik komandasını tərtib edib.

Naxçıvan televiziyası qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın tərkibinə turnirin finalçılarından – İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” klublarının dörd oyunçusu daxil edilib.

Siyahıda Almaniyanın digər təmsilçisi “Bavariya”nın hücumçusu Harri Keynlə turnirin bombardiri adını bölüşən Fransanın PSJ klubunun forvardı Kilian Mbappe yer almayıb. Onların hər ikisinin aktivində 8 qol var.

Qapıçı: Qreqor Kobel (“Borussiya Dortmund”)

Müdafiəçilər: Yan Matsen, Mats Hummels (hər ikisi “Borussiya Dortmund”), Antonio Rudiger, Daniel Karvaxal (“Real Madrid”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Marsel Sabitzer (“Borussiya Dortmund”), Cud Bellingem (“Real Madrid”)

Hücumçular: Vinisius Junior (“Real Madrid”), Fil Foden (“Mançester Siti”), Harri Keyn (“Bavariya”).

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya Dortmund”a 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə bu titulun sahibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM