satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior layiq görülüb. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.

Braziliyalı futbolçu başa çatan mövsümdə Çempionlar Liqasında 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM