satellite   Azerspace-1: 11135 H 30000

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib.

Azərbaycan Güləş Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcək.

Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kiloqram), Sənan Süleymanov (77 kiloqram) və Beka Kandelaki (130 kiloqram) mübarizə aparacaq. Zədə səbəbindən Rafiq Hüseynovla (87 kiloqram) Sabah Şəriəti (130 kiloqram) reytinq turnirində iştirak etməyəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək. İlk yarış günündə Əliabbas, Hacı, Maqomedxan və Giorgi xalça üzərinə çıxacaq. Növbəti gün Turan çıxış edəcək. İyunun 8-də Nihat, Murad və Beka mübarizə aparacaq. Son yarış günündə isə Eldəniz, Ülvü, Həsrət və Sənan güləşəcək.

Macarıstanda II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov Ədaləti qoruyacaq

Qeyd edək ki, yarışlar iyunun 6-dan 9-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM