satellite   Azerspace-1: 11135 H 30000

Messi ABŞ-də yeni rekorda imza atıb

Messi ABŞ-də yeni rekorda imza atıb

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin ulduz futbolçusu Lionel Messi MLS-də rekorda imza atıb.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna bir mövsümdə 25 qolun vurulmasında iştirak etməklə nail olub.

Təcrübəli forvard bu rəqəmə ən tez çatan oyunçudur. Messi 12 matçda 12 qol və 13 assistlə yadda qalıb.

O, 16 görüşdə 25 qolun vurulmasında pay sahibi olan meksikalı sabiq futbolçu Karlos Velanı qabaqlayıb.

Qeyd edək ki, "İnter Mayami" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM