satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında - FOTOLAR

Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında<font color=red> - FOTOLAR</font> Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında<font color=red> - FOTOLAR</font> Naxçıvan gimnastları beynəlxalq turnirin mükafatçıları sırasında<font color=red> - FOTOLAR</font>

Dənizkənarı bulvarda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turniri reallaşıb. Yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, iştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını göstəriblər. Festivalda ustad dərsləri, komandaların rəngarəng yürüşləri, gimnastika hamı üçün növü üzrə nümunəvi çıxışlar və əyləncəli proqramlar əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.

Naxçıvan Atletika Federasiyasının baş məşqçisi Humay Qafarova (Naxçıvan) və məşqçi Xanım Əhmədovanın (Şərur) rəhbərliyi ilə muxtar respublikadan ümumilikdə 25 idmançı “Challenge”-də çıxış etmək imkanı qazanıb. Çıxışı birinci yerlə qiymətləndirilən “Naxçıvan” komandası turnirin qaliblərindən olub. Şərurlu gimnastlar isə üçüncü yerə sahib çıxıblar. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM