satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın legioneri: Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik

"Qarabağ"ın legioneri: Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik

Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik.

Naxçıvan televiziyası xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.

28 yaşlı yarımmüdafiəçi heyrətamiz mövsüm keçirdiklərini bildirib: "Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Bir çox unudulmaz anlar var. Lakin bunlar artıq keçmişdə qaldı. Növbədi addımlar haqqında düşünməliyik. Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" cari mövsüm Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub. UEFA Avropa Liqasında 1/8 finala qədər irəliləyən komanda bu raundda Almaniyanın "Bayer 04" klubuna uduzub - 2:2, 2:3.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM