satellite   Azerspace-1: 11135 H 30000

Kobe Brayantın forması 1,2 milyon dollara satılıb

Kobe Brayantın forması 1,2 milyon dollara satılıb

Helikopter qəzasında həyatını itirmiş məşhur basketbolçu Kobe Brayantın forması hərracda 1,2 milyon dollara satılıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, o, sözügedən formanı 2013-cü ildə “Qolden Steyt”ə 118:116 hesabı ilə qalib gəldikləri oyunda geyinib.

K.Brayantın imzalı formasının üzərində 2013-cü ilin fevralında vəfat edən “Los Anceles Leykers”in mərhum sahibi Cerri Bassın şərəfinə “JB” hərfləri yazılıb və NBA-nın loqotipi yerləşdirilib.

Qeyd edək ki, vəfat edən basketbolçunun 2007/2008 mövsümündə geyindiyi forma hərracda 5,8 milyon dollara satılmışdı. Bu, onun ən baha qiymətə satılan forması olub. İkiqat olimpiya çempionu, NBA-nın beşqat qalibi 2020-ci il yanvarın 27-də 13 yaşlı qızı ilə birlikdə helikopter qəzasında ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM