satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" daha bir braziliyalı futzalçı transfer edib

"Araz-Naxçıvan" daha bir braziliyalı futzalçı transfer edib

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Naxçıvan televiziyası Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kake Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.

30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu (“Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM