satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi məlum olub

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi məlum olub

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Naxçıvan televiziyası xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxıblar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Linkoln" doğma meydanda eyni hesabla məğlub olub. Sonda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Komanda bu raundda "Qarabağ"la qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM