satellite   Azerspace-1: 11135 H 30000

"Neftçi" Ərzurumda Superliqa təmsilçisi "Sivasspor" ilə qarşılaşacaq

"Neftçi" Ərzurumda Superliqa təmsilçisi "Sivasspor" ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyun Ərzurumdakı "Palandöken Yüksek İrtifa Camp Facilities"də keçiriləcək.

Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM