satellite   Azerspace-1: 11135 H 30000

Neymar yenidən məşqlərə başlayıb

Neymar yenidən məşqlərə başlayıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar yenidən məşqlərə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. 32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün ötən ilin oktyabrından komandasına kömək edə bilmirdi.

Qeyd edək ki, Neymar daha əvvəl PSJ, "Barselona" və "Santos" klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM