satellite   Azerspace-1: 11135 H 30000

Mbappenin "Real" ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub

Mbappenin "Real" ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub

Kilian Mbappenin İspaniyanın "Real" (Madrid) klubu ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub.

Naxçıvan televiziyası "Marca"ya istinadən xəbər verir ki, fransalı ulduz futbolçu "Kral klubu"nun tarixində ən çox maaş alan oyunçu olacaq.

25 yaşlı hücumçunun qazancı vergilər də nəzərə alınmaqla bir mövsüm üçün 15 milyon avro təşkil edəcək. Eyni zamanda, imic hüquqlarının 60-80 %-i forvardda qalacaq.

Mbappe imza parası olaraq 100-115 milyon avro qazanacaq. Bu məbləğ ona 5 il ərzində ödəniləcək.

"Qızıl top" və klubla titullar əldə etməsi forvarda əlavə bonuslar qazandıracaq.

Qeyd edək ki, K.Mbappe "Real" ilə 5 illik sözləşmə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM