satellite   Azerspace-1: 11135 H 30000

Messidən fransızlardan üzr istəməyi tələb edən vəzifəli şəxs işdən çıxarılıb

Messidən fransızlardan üzr istəməyi tələb edən vəzifəli şəxs işdən çıxarılıb

Argentina Prezidenti Xavyer Mayli Lionel Messiyə Fransa millisinin oyunçularına qarşı irqçi təhqirlərinə görə üzr istəməli olduğunu söyləyən idman departamentinin rəis müavini Xulio Qarronu vəzifəsindən azad edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Argentina Prezidentinin mətbuat xidməti “X” hesabında paylaşıb.

“Prezidentin ofisi bildirir ki, heç bir hökumət Argentinanın dünya çempionu və ikiqat Amerika Kuboku komandasına digər vətəndaşlar kimi nə deyəcəyini, nə düşünəcəyini və ya nə edəcəyini deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman departamentinin rəis müavini deyil”, - deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM