satellite   Azerspace-1: 11135 H 30000

FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub, son Avropa çempionu “üçlüy”ə daxil olub

FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub, son Avropa çempionu “üçlüy”ə daxil olub

FIFA milli komandaların reytinq siyahısını yeniləyib.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Fernandu Santuşun rəhbərlik etdiyi yığma 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub.

Reytinq cədvəlinin ilk 3 pilləsində isə dəyişiklik olub. Siyahıya son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci sırada qərarlaşıb. Son Avropa çempionu İspaniya (1729,92) 5 pillə irəliləyərək 3-cü yerə yüksəlib. Avro-2024-ün finalçısı İngiltərə (1812,26) isə 4-cü sıraya qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM