satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib

"Araz-Naxçıvan" heyətini braziliyalı futzalçı ilə gücləndirib

“Araz-Naxçıvan” klubu heyətini braziliyalı futzalçı ilə gücləndirib.

Naxçıvan televiziyası Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Covanni Valerio ilə 1 illik müqavilə imzalanıb.

26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.

Qeyd edək ki, "qırmızı-ağlar" buna qədər braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Miloşavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM