satellite   Azerspace-1: 11135 H 30000

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM