satellite   Azerspace-1: 11135 H 30000

George Haci Rumıniya millisində işləməkdən imtina edib

George Haci Rumıniya millisində işləməkdən imtina edib

Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının (RFF) rəhbəri Razvan Burleanın istəyinə müsbət cavab verməyib. O, hazırda çalışdığı “Farul” klubunda qalacağını deyib.

Məlumata görə, RFF Mirça Luçesku ilə danışıqlara başlayacaq.

Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.

Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM