satellite   Azerspace-1: 11135 H 30000

“Paris-2024”: Türkiyə idmançılarından tarixi medal

“Paris-2024”: Türkiyə idmançılarından tarixi medal

Türkiyəni təmsil edən güllə atıcıları “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi medal qazanıblar.

Naxçıvan televiziyası xəbər verir ki, Yusuf Dikeç və Şevval İlayda Tarhan cütlüyü 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışının finalında Serbiyadan olan Zorana Arunoviç və Damir Mikeç tandemi ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə 16:14 hesabı ilə uduzan türkiyəli atıcılar gümüş mükafata layiq görülüblər. Bu, qardaş ölkənin Olimpiya Oyunlarında iştirakı tarixində atıcılıq üzrə əldə etdiyi ilk medal olub. Türkiyə idmançıları daha əvvəl olimpiadada güləş, ağır atletika, taekvondo, boks, karate, yüngül atletika, cüdo, kamandan oxatma və gimnastika üzrə yarışlarda fəxri kürsüyə qalxıblar.

Qeyd edək ki, Serbiya atıcılarının birinci olduğu bu kateqoriyada Manu Baker və Sarabjot Sinqdən ibarət Hindistan komandası üçüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM