satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın yunan-Roma güləşçiləri Paris Olimpiadasında mübarizəyə başlayırlar

Azərbaycanın yunan-Roma güləşçiləri Paris Olimpiadasında mübarizəyə başlayırlar

"Paris-2024" Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, güləş yarışlarının ilk günündə Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq.

Murad Məmmədov (60 kiloqram) və Sabah Şəriati (130 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, ekvadorlu Rayber Joze Rodriges Orosko və estoniyalı Heyki Nabi ilə qarşılaşacaqlar.

Azərbaycan təmsilçilərinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM