satellite   Azerspace-1: 11135 H 30000

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri bəlli olacaq

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri bəlli olacaq

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycan klubları "Zirə" və "Sabah"ın da bu raunddakı mümkün rəqibləri müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmişlər səbətində olacaq.

Qeyd edək ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubu ilə, "Sabah" isə İrlandiyanın “Sent Patriks” komandası ilə qarşılaşacaq. Bu raundun ilk matçları avqustun 8-də, cavab oyunları isə ayın 15-də gerçəkləşəcək. Komandalar ilk görüşlərini səfərdə keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM