satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləşçisi Sabah Şəriəti karyerasını başa vurub

Azərbaycan güləşçisi Sabah Şəriəti karyerasını başa vurub

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

35 yaşlı pəhləvan Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-də beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM