satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək

Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM