satellite   Azerspace-1: 11135 H 30000

“Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib - FOTOLAR

“Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib<font color=red> - FOTOLAR</font> “Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib<font color=red> - FOTOLAR</font> “Paris-2024”: Azərbaycanın ən ağır çəkili sərbəst güləşçisi 1/4 finala yüksəlib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşıb. 1/8 final mərhələsinə təsadüf edən görüş güləşçimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gələcək.

Bu gün, həmçinin digər sərbəst güləşçi Turan Bayramov (74 kiloqram) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM