satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024-də verilən medallar keyfiyyətsizdir

Paris-2024-də verilən medallar keyfiyyətsizdir

Paris Olimpiya Oyunlarının təşkilat komitəsi zədədən və ya pis keyfiyyətdən şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Medallar oyunların ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır. Paris Sikkəxanası sistematik olaraq zədələnmiş medalları eyni qravüra ilə əvəz edəcək”, - deyə təşkilat komitəsi bildirib.

Daha əvvəl amerikalı idmançı Naydj Hyuston sosial şəbəkələrdə mükafatlandırıldıqdan bir neçə gün sonra Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın bərbad vəziyyətə düşdüyünü yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM