satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı qapıçı “Barselona”ya transfer olunub

Azərbaycanlı qapıçı “Barselona”ya transfer olunub

İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.

Naxçıvan televiziyası xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in şərəfini qoruyacaq.

Belə ki, 21 yaşlı qapıçı azad agent kimi İspaniya klubunda çıxış edəcək.

Klubla idmançı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Tağızadənin son klubu iyulun əvvəlində tərk etdiyi "FK Polvorin Luqo" olub.

Qeyd edək ki, "Barselona Atletik" Primera Federasiyasında (İspaniyanın Primera və Sequndadan sonra üçüncü ən güclü futbol liqası) çıxış edir. Ötən mövsüm komanda üçüncü yeri tutmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM