satellite   Azerspace-1: 11135 H 30000

"Barselona"nın sabiq kapitanı İtaliya klubuna keçə bilər

"Barselona"nın sabiq kapitanı İtaliya klubuna keçə bilər

İspaniyanın "Barselona" klubunun sabiq kapitanı Serxi Roberto İtaliya təmsilçisi "Fiorentina"ya keçə bilər.

Naxçıvan televiziyası "Relevo"ya istinadən xəbər verir ki, Florensiya klubu 32 yaşlı futbolçunu azad agent kimi transfer etmək niyyətindədir.

Roberto Kataloniya təmsilçisində keçirdiyi 13 mövsümdən sonra komandadan ayrılıb.

O, yeddi dəfə La Liqanın, altı dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.

Bununla yanaşı müdafiəçi "Barselona"nın heyətində iki dəfə Çempionlar Liqası, UEFA Superkubokunu və klublararası dünya çempionatını da qazanıb.

Qeyd edək ki, oyunçu "Barselona" forması ilə 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM