satellite   Azerspace-1: 11135 H 30000

"Neftçi" tarixində ilkə imza atıb

"Neftçi" tarixində ilkə imza atıb

“Neftçi” klubu Azərbaycan Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu klub tarixində ilk belə hal olub.

Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.

Eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/2016 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda heç-heçələri sıralayıb.

Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb.

“Bakı” (2011/2012, 2012/2013) və “Kəpəz” (2010/2011, 2015/2016) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993/1994, “Turan” 1996/1997, AZAL 2008/2009, “Simurq” 2012/2013, “Xəzər Lənkəran” 2013/2014, “Sumqayıt” 2015/2016 mövsümündə sülhsevərlik göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM