satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı referi “Paris-2024”də ən reytinqli hakim seçilib

Azərbaycanlı referi “Paris-2024”də ən reytinqli hakim seçilib

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev “Paris-2024” Yay Olimpiya Oyunlarında fərqlənib.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.

O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.

Qeyd edək ki, E.Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM