satellite   Azerspace-1: 11135 H 30000

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın "Lill" kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan "sarı-lacıvərdlilər" qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM