satellite   Azerspace-1: 11135 H 30000

Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

Naxçıvan televiziyası-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin "Kral klubu"nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM