satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqasında III turun bir neçə oyunu təxirə salınıb

Türkiyə Superliqasında III turun bir neçə oyunu təxirə salınıb

Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri təxirə salınıb.

Buna "Qalatasaray" (Çempionlar Liqası), "Trabzonspor" və "Başakşehir"in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.

Avropa Liqasında yer alan "Beşiktaş" isə təqvimə əsasən III turda meydana çıxmayacaq.

Qeyd edək ki, Superliqada III turun oyunları növbəti həftəsonu baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM