satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Sankt-Pölten” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

Çempionlar Liqası: “Sankt-Pölten” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Yelena Kumer olacaq. Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 4-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM