satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Qarabağ"ın rəqibinə azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı aradan qaldırıb

UEFA "Qarabağ"ın rəqibinə azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı aradan qaldırıb

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Xorvatiyanın "Dinamo" klubuna azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa futbol qurumu komandanın fanatlarına səfər matçlarına getməyə icazə verib.

"Dinamo" isə öz növbəsində tərəfdarlara oyunlar zamanı qayda pozuntularına yol verməməyə çağırıb.

Ölkə çempionu Bakıdakı cavab görüşündə bilet satışı ilə bağlı azarkeşləri məlumatlandıracağını bəyan edib.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM