satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdo millisinin üzvləri əməliyyat olunublar

Azərbaycan cüdo millisinin üzvləri əməliyyat olunublar

Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.

Azərbaycan Cüdo Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

G.Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM