satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, ilk öncə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq.

"Azersun Arena"da reallaşacaq matçın start fiti saat 18:15-də səslənəcək.

Ardınca Roman Qriqorçukun baş məşqçisi olduğu "Neftçi" "Araz Naxçıvan"ın qonağı olacaq.

"Live Bona Dea Arena"da baş tutacaq matç saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ilk matçda "Səbail" "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM