satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatında finiş xəttini birinci keçən idmançıya qızıl medal verilməyib

Dünya çempionatında finiş xəttini birinci keçən idmançıya qızıl medal verilməyib

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan kanoe üzrə dünya çempionatında rusiyalı idmançı Zaxar Petrov (500 metr) finiş xəttini birinci keçsə də ona qızıl medal verilməyib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, buna idmançının qayığının aşması səbəb olub.

Finişdə xoşagəlməz halla üzləşən Z.Petrovun nəticəsi qeydə alınmayıb.

Beləliklə qızıl medal moldovalı Sergey Tarnovskiyə verilib. Çexiyalı kanoeçi Martin Fuksa ikinci, Katalin Çirile (Rumıniya) isə üçüncü olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM