satellite   Azerspace-1: 11135 H 30000

UEFA Azərbaycan klublarına ödəniş edib

UEFA Azərbaycan klublarına ödəniş edib

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.

Naxçıvan televiziyası AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

"Zirə" 349600, "Sabah" 174600 avro qazanıb. "Sumqayıt"a isə 524600 avro ayrılıb.

Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM