satellite   Azerspace-1: 11135 H 30000

"Dinamo"nu Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək

"Dinamo"nu Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nu (Zaqreb, Xorvatiya) Bakıda 200-dən artıq azarkeş dəstəkləyəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi oyun gününə qədər bu rəqəmin artacağını istisna etməyib. Bundan başqa, Zaqreb təmsilçisi ölkəmizə jurnalist gətirməyəcək. Yalnız klubun mətbuat xidmətinin kollektivi "Dinamo"nun yanında olacaq.

Xorvatiyalı azarkeşlər üçün Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektor ayrılıb.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM