satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 24700 bilet satılıb

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 24700 bilet satılıb

"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM