satellite   Azerspace-1: 11135 H 30000

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək

Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçiriləcək yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edəcək.

Yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.

4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunacaq birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM