satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun keçidi üçün "Bavariya" ilə anlaşıb

Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun keçidi üçün "Bavariya" ilə anlaşıb

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu fransalı futbolçu Kinqsli Komanın keçidi üçün Almaniya təmsilçisi "Bavariya" ilə anlaşıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.

28 yaşlı vinger hələlik Ər-Riyad klubu ilə müqavilə şərtlərini razılaşdırmayıb. O, İngiltərə Premyer Liqasında çıxış edən komandalardan təklif almaq istədiyi üçün gözləmə mövqeyindədir.

Koman Münhen təmsilçisinin yeni baş məşqçisi Vensan Kompaninin planlarına daxil deyil.

Qeyd edək ki, Kinqsli Koman 2017-ci ildən "Bavariya"da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM